Rusiyada deputat saxlanılıb- 100 min dollara iş ortağının qətlini sifariş etdiyi deyilir

Rusiyalı senator, 17 il Dövlət Dumasının deputatı olmuş Dmitri Savelyev bu gün Federasiya Şurasının binasında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Azpost.info xəbər verir ki, hakim “Vahid Rusiya” partiyasının üzvü, 56 yaşlı Savelyev sifarişli qətl təşkil etməkdə şübhəli bilinir.

Savelyev özü  ittihamı əsassız adlandırıb və ona qarşı olan faktları “uydurma” adlandırıb.

“112” Teleqram kanalının məlumatına görə, senator Sergey İonov adlı iş ortağının qətlini hazırlamaqda şübhəli bilinir. Savelyev hesab edib ki, şəriki şirkətin pulunu mənimsəyib. İonov mınimsəmə işi üzrə həbsxanada olub.

İddiaya görə, cinayəti həyata keçirmək üçün deputat Penitensiar Xidmətin keçmiş əməkdaşını tapıb, ona 100 min dollar təklif edib, lakin həmin şəxs fikrini dəyişib və bu məlumat FTX-ya gedib.

İstintaq Komitəsinin məlumatına görə, Savelyevə qarşı qətlə hazırlıq maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, 2023-cü ilin avqustunda Moskvada Dmitri Savelyev şəxsi düşmənçiliyi rəhbər tutaraq sahibkarlardan birinin qətlini təşkil etməyə cəhd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.