Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında qeyd olunan razılaşmaların icrasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrliyi nəzərə alınaraq, təşkilat çərçivəsində gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nikol Paşinyanın xahişi əsasında Vladimir Putin Rusiya Federasiyasının təhlükəsizliyinin təminatlarına dair ABŞ və onun müttəfiqləri ilə danışıqların gedişi barədə qısa məlumat verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

DSX-nın matrosu intihar edib

Sonrakı məqalə

Türkiyə və İsrail xarici işlər nazirləri 13 ildən sonra ilk dəfə bir-biri ilə telefonla danışıblar