“Qəbələ” daha iki futbolçusu ilə vidalaşıb

“Qəbələ” klubu daha iki futbolçusu ilə yollarını ayırıb.

“Qırmızı-qaralar”ın rəsmi feysbuk səhifəsinə istinadən xəbər verilir ki, yarımmüdafiəçilər Rövlan Muradov və Felipe Santosla müqavilələrin müddəti başa çatıb.

“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub. Ötən ilin yayından “Qəbələ”nin şərəfini qoruyan braziliyalı legioner 43 matçda 6 dəfə fərqlənib.

Qeyd edək ki, əyalət təmsilçisi daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak və Səlahət Ağayevlə də vidalaşıb.

Əvvəlki məqalə

Paşinyan 2020-ci ildə atəşkəs bəyanatını noyabrın 9-u səhər imzaladığını bildirib

Sonrakı məqalə

Blinken Hakan Fidanla görüşə bilər-