“Qarabağda insidentlərin sayının artması, eləcə də tərəflərin Laçın dəhlizi ətrafında yaranmış vəziyyətdə kompromislər tapmaq istəməməsi narahatlıq doğurur”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsində sülh prosesinə alternativ yoxdur. Eyni zamanda o, Qərbin Cənubi Qafqaza gəlişi ilə genişmiqyaslı problemlərin yarandığını vurğulayıb.
“Sülh prosesinin alternativi yoxdur. Bununla bağlı mövqeyimizi bir daha təsdiq edəcəyik. Biz tərəfləri bəyanatlarında və hərəkətlərində təmkinli olmağa, həmçinin Ermənistan-Azərbaycan nizamlanmasının bütün yolları üzrə danışıqları bərpa etməyə çağırırıq. Qərb Cənubi Qafqazda peyda olan kimi dərhal genişmiqyaslı problemlər meydana çıxdı. Sülh və kömək istəyi ilə bağlı bütün sözlərin arxasında biz Qərbin bəyanatlarının əksini görürük”, – Zaxarova bildirib.
Ağ Evin Bakı ilə İrəvan arasında sülh sənədinin tezliklə imzalanması ehtimalı ilə bağlı bəyanatına gəincə, Zaxarova “hələlik şərh verəcək heç nə yoxdur” deyib.
Azpost.info