“Qərb, Rusiya və İran Azərbaycana qarşı kollektiv hucum aparır” –POLİTOLOQ

Azərbaycana qarşı kollektiv hücum aparılır.
Azpost.info bildirir ki, bu sözləri politoloq Zaur Məmmədov Meta-da yazıb.
Onun sözlərinə görə, son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik: “Bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər. Dünənlərdə bu təbliğata BBC-nin də qoşulması və daxilimizdə bəzi “siyasi fəalların” adı şəkilən “xəbər carçısı”na Bakını tənqid edən şərhlər vermələri, sözsüz ki, birmənalı qarşılana bilinməz.
Rusiya, İran, Fransa kanallarında , o cümlədən BBC’də gedən sujetə, o cümlədən Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün digər məqamlara baxmayaraq – sonda Bakının istədiyi olacaq”.
Politoloq bildirib ki, Azərbaycan- Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.