İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının zirvə toplantısının iştirakçıları tərəfindən yaradılan Qəzza üzrə Təmas Qrupu noyabrın 21-də Moskvada danışıqlar aparacaq.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qrupun əsas məqsədi atəşkəs və Qəzzaya humanitar yardımın çatdırılmasıdır. Qrup nümayəndələri Moskvadan sonra London və Parisə gedəcəklər.
Qəzza üzrə Təmas Qrupu noyabrın 11-də Ər-Riyadda yaradılıb. Onun üzvlərinə Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri daxildir.
Azpost.info