Qəzza zolağında atəşkəs sabah səhər başlayacaq

Qəzza zolağında atəşkəs noyabrın 24-də Bakı vaxtı ilə saat 09:00-da başlayacaq.

Bu barədə Qətər Xarici İşlər Nazirliyi xəbər yayıb.

Qeyd edək ki, HAMAS İsraillə 4 günlük humanitar atəşkəs barədə razılıq əldə edib. Qəzza zolağına humanitar yardımın göndərilməsinə icazə veriləcək. 150 fələstinli əsir müqabilində əksəriyyəti qadını və 19 yaşdan kiçik uşaq olan 50 israillini azad edəcək.

İsrail atəşkəs müddətində Qəzza zolağında fələstinlilərin anklavın şimalı ilə cənubu arasındakı yolda onların sərbəst hərəkətini təmin edəcəyinə söz verib.

Əvvəlki məqalə

Ölkədə qızılcaya yoluxma ilə bağlı son vəziyyət açıqlandı –

Sonrakı məqalə

Macarıstanın Baş naziri Azərbaycana səfərə gəlib