“Qələbəmi Azərbaycan xalqına həsr edirəm” –Mariya Stadnik

“Övladlarım ilk dəfə tribunada mənim mübarizəmi izlədilər. Hər dəfə döşək üzərinə çıxanda övladlarım məni qələbəyə səsləyiblər. Qızım dedi, ana, 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin. Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın”.

Bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.

Uzun fasilədən sonra xalçaya qayıdan M.Stadnik yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: “Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin”.

Titullu güləşçimiz sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: “Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan”.

Əvvəlki məqalə

Bayden məzuniyyətə çıxıb

Sonrakı məqalə

Maldiv adalarında üzən şəhər salınacaq