Qaçış arıqlamağa kömək edirmi? –Həkim rəyi

 

Qaçış  bədən üçün idman yüküdür. Ona görə də bu idmanı düzgün yerinə yetirmək lazımdır.

Azpost.info bildirir ki, bu barədə “doktor Piter” saytına həkim-fizioterapevt Svetlana Semenova danışıb.

O qeyd edib ki, qaçış sağlamlığın qorunması üçün ideal variantdır. Qaçmaq ürək-damar və sinir sistemlərinin vəziyyətini yaxşılaşdırır, immun sistemini gücləndirir. Ancaq arıqlamağa qərar verənlər üçün bu cür məşq uyğun deyil. “Məsələ ondadır ki, orqanizm hələ aktiv şəkildə kalori sərf etməyə öyrəşməyib, buna görə də tez bir zamanda onların çatışmazlığını doldurmaq istəyəcək” -deyə həkim vrğulayıb. Nəticədə, qaçışdan sonra insan adi haldan daha çox yemək istəyəcək.

Həkim qeyd edib ki, qaçış kilolu insanlar üçün də təhlükəlidir. Çünki dizlərə çox yük düşür və ciddi xəsarətlərə, o cümlədən sınıqlara səbəb ola bilər.

Həkimin sözlərinə görə, əsas olan bədənə tədricən artan yüklər verməkdir. İlkin mərhələdə çox gəzmək daha yaxşıdır. Bədən yüklərə öyrəşdikdə, onları tədricən artıra və gəzintidən qaçmağa keçə bilərsiniz.

Əvvəlki məqalə

ABŞ Türkiyənin 18 şirkətinə sanksiya tətbiq edib

Sonrakı məqalə

Joze Mourinyo dövrün ən yaxşı futbolçusunun kim olduğunu açıqlayıb