Bakıda 43 yaşlı kişi bıçaqlanıb. hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1980-ci il təvəllüdlü Həmid Abdinov evin həyətində qısqanclıq zəminində həmyerlisi, 1976-cı il təvəllüdlü Əli Ağalarovu bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır. (APA)