“Qalatasaray” “Fənərbaxça”nı məğlub etdi

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.

Qol.az xəbər verir ki, “Qalatasaray” 35-ci turda əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. Ötən tur çempionluğunu rəsmiləşdirən “sarı-qırmızılar” 3 cavabsız qolla qalib gəlib.

“Qalatasaray” – “Fənərbaxça” – 3:0

Qollar: Zaniolo, 28, 79, İkardi, 71

Bu nəticədən sonra “Qalatasaray” 85 xalla 1-ci, “Fənərbaxça” 77 xalla 2-ci pillədə qərarlaşıb. “Beşiktaş” eyni xalla 3-cüdür.

Əvvəlki məqalə

“Sərhədə nəzarəti Rusiya deyil, Ermənistan həyata keçirəcək” –

Sonrakı məqalə

Səudiyyə Ərəbistanı neft hasilatını 1 milyon barel azaldacaq