Qan təzyiqini aşağı salan balqabaq tumu –FAYDALARI

Balqabaq tumu maqnezium, kalium, arginin də daxil olmaqla qan təzyiqinə nəzarət üçün vacib olan konsentratlaşdırılmış qida maddələri mənbəyidir.

Statistikaya görə, dünyada insanların təxminən üçdə biri yüksək qan təzyiqi ilə yaşayır və bir çoxları hipertonik olduqlarını bilmirlər. Hipertoniya sağlamlığa mənfi təsir edir və nəticədə böyrək xəstəliklərinə, infarkta və insulta yol açır.

Yüksək qan təzyiqinin əsas səbəblərindən biri də gündəlik qidalanma rasionudur. Sağlam, təbii, az emal edilmiş və ya emal edilməmiş qidaların qəbulu qan təzyiqini stabil saxlamağa imkan verir. Tibb işçiləri qan təzyiqini aşağı salmağa kömək etməkdə güclü vasitə – balqabaq tumunu məsləhət görürlər. əldirlər.

“MedikForum” xəbər verir ki, ABŞ və İran universitetlərinin mütəxəssislər qrupunun araşdırmasının nəticəsi olaraq “Comlementary Therapies in Clinical Practice” jurnalında bu barədə məlumat dərc edilib. Alimlərin qənaətinə görə, balqabaq tumunun yağı da çox faydalıdır. Tədqiqatçılar qeyd edirlər ki, balqabaq tumu qan təzyiqinə normada saxlayan maqnezium, kalium və arginin kimi qan damarlarını rahatlaşdıran və qan təzyiqini aşağı salan konsentratladırilmış qida maddələri mənbəyidir.

Balqabaq tumunun uzun müddət müntəzəm istifadəsi qan təzyiqi göstəricilərini yaxşılaşdırmaqla ürək-damar xəstəlikləri riskini azaltmağa kifayət qədər qadirdir. Balqabaq tumu həmçinin saçların uzanması, xolesterinin səviyyəsinin aşağı düşməsi, sidik yollarının gücləndirilməsi üçün də çox faydalıdır.

Əvvəlki məqalə

“Qarabağ” bu gün İsveçrədə “Sürix”lə oynayacaq

Sonrakı məqalə

Rusiya Qırğızıstana 10 milyon dollar ayıracaq