“Qarabağ” Azərbaycan çempionu oldu

“Qarabağ” Azərbaycan çempionu olub.

Apasport.az saytının məlumatına görə, bu, Misli Premyer Liqasının XXXIV turunda rəsmiləşib.

Səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edən “Qarabağ” 2022/23 mövsümünün qalibi olub. “Sabah”la xal fərqini 10-a yüksəldən Qurban Qurbanovun yetirmələri sona iki tur qalmış izləyiciləri üçün əlçatmaz olub.

Bununla da “Qarabağ” tarixində 10-cu dəfə ölkə çempionu adını qazanıb. Bu, Ağdam klubuna hər biri 5 çempionluğu ifadə edən ikinci ulduza yiyələnmək imkanı verib.

“Qarabağ” son 10 ildə 9-cu zəfərini bayram edib. Bu müddətdəki uğurların hamısı Qurban Qurbanovun baş məşqçiliyi altında reallaşıb.

“Qarabağ” bununla Çempionlar Liqasına vəsiqə qazanıb. Ağdam klubu ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək.

Azərbaycan çempionları:
1992. “Neftçi” (Bakı)
1993. “Qarabağ” (Ağdam)
1993/94. “Turan” (Tovuz)
1994/95. “Kəpəz” (Gəncə)
1995/96. “Neftçi” (Bakı)
1996/97. “Neftçi” (Bakı)
1997/98. “Kəpəz” (Gəncə)
1998/99. “Kəpəz” (Gəncə)
1999/2000. “Şəmkir”
2000/01. “Şəmkir”
2001/02. Yarımçıq qalıb
2002/03. Keçirilməyib
2003/04. “Neftçi” (Bakı)
2004/05. “Neftçi” (Bakı)
2005/06. “Bakı”
2006/07. “Xəzər Lənkəran”
2007/08. “İnter” (Bakı)
2008/09. “Bakı”
2009/10. “İnter” (Bakı)
2010/11. “Neftçi” (Bakı)
2011/12. “Neftçi” (Bakı)
2012/13. “Neftçi” (Bakı)
2013/14. “Qarabağ” (Ağdam)
2014/15. “Qarabağ” (Ağdam)
2015/16. “Qarabağ” (Ağdam)
2016/17. “Qarabağ” (Ağdam)
2017/18. “Qarabağ” (Ağdam)
2018/19. “Qarabağ” (Ağdam)
2019/20. “Qarabağ” (Ağdam)
2020/21. “Neftçi” (Bakı)
2021/22. “Qarabağ” (Ağdam)
2022/23. “Qarabağ” (Ağdam)

Əvvəlki məqalə

Zelenski Vatikanda Roma Papası ilə görüşüb

Sonrakı məqalə

Prezident İlham Əliyev Brüsselə gedib