“Qarabağ” – “Bayer” oyunu üçün satılan biletlərin sayı açıqlanıb

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubu ilə Bakıda keçirəcəyi ilk oyun üçün satılan biletlərin sayı açıqlanıb.

Ağdam klubunun rəsmi saytı  xəbər verir ki, artıq 27000 azarkeş bilet əldə edib.

Məhdud sayda olan biletləri “Iticket.az”ın satış məntəqələrindən, “Qarabağ”ın Park Bulvardakı fan-şopundan, mərkəzi arenanın və Heydər Əliyev Sarayının kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra Leverkuzendə keçirəcək.

Əvvəlki məqalə

Rusiya “Şahed” dronları ilə Odessaya hücum edib

Sonrakı məqalə

Milli Arxiv İdarəsinin rəisi ordenlə təltif edildi –