“Qarabağ bülbülləri”nin solisti İzahat Cəfərov vəfat edib –FOTO

1970-ci illərdə “Qarabağ bülbülləri”nin solisti olmuş İzahat Cəfərov 59 yaşında vəfat edib.
Azpost.info bildirir ki, bu barədə mərhumun kürəkəni Muradxan Hüseynov məlumat verib.

Yeniyetmə olarkən qrupun solisti olmuş İzahat Cəfərov sonralar tamam başqa sahədə fəaliyyət göstərib.

Qeyd edək ki, Qarabağ bülbülləri” ansamblının bədii rəhbəri və yaradıcısı Murad Rzayev olub. Ansambl dünyanın əksər ölkələrində Azərbaycanı mahnı festivallarında təmsil edərək, 40 qızıl medal, 100-dən cox fəxri fərman alıb, 12 sənədli və bədii filmdə çəkilərək Zaqafqaziya Ümumittifaq və Beynəlxalq Festivallar Laureatı adına layiq görülüb.
1977-ci ildə isə Xamis Muradovun rejissorluğu ilə sözügedən kollektiv ilə bağlı ilk sənədli filim də çəkilib. Bu filmdə “Qarabağ bülbülləri”nin 4 üzvü: Tacir Şahmalıoğlu, İzahat Cəfərov, İlhamiz Paşayev, Nazim Zeynalov haqqında danışılır.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saakaşvilinin partiyası 11 şəhərdə rəqibinə qalib gəlir –

Sonrakı məqalə

Saakaşvili dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur