“Qarabağ”-“Frayburq” oyununun biletləri satışa çıxarıldı

Bakıda “Qarabağ” və Almaniyanın “Frayburq” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı tur oyunu üçün biletlər satışa çıxarılıb.

Bu barədə klubun saytında açıqlama verilib. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarından (11:00-dan 20:00-dək), “iticket.az”-ın satış məntəqələrindən (“iticket.az”-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın fan-şopundan (11:00-dan 20:00-dək), eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərindən (11:00-22:00) əldə etmək mümkündür.

Noyabrın 3-də oynanılacaq “Qarabağ” – “Frayburq” qarşılaşması saat 21:45-də başlayacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.