“Qarabağ” “Frayburq”a məğlub olub –Avropa Liqası

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti “Frayburq”la qarşılaşıb. Almaniya təmsilçisi ilə görüş Bundesliqanın liderinin meydanında baş tutub.

Matç erkən qollarla başlayıb. “Frayburq” ilk 15 dəqiqədə iki dəfə “Qarabağ”ın qapısına yol tapıb.

Buraxılan qollardan sonra toparlanmağı bacaran ağdamlılar fasiləyədək fərqi minimuma endirib. Marko Veşoviç almaniyalıları məyus edib.

İkinci hissədə öz oyununu tapan “Qarabağ” məğlubiyyətdən qaçmağa çalışıb. Lakin təmsilçimiz rəqib qapısına hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Beləliklə, “Qarabağ” qrup mərhələsinə 1:2 hesablı məğlubiyyətlə start verib.

Qeyd edək ki, qrupun digər görüşündə “Nant” “Olimpiakos”la üz-üzə gəlib. Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr
23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) – 2:1
Qollar: 
Vinçenso Qrifo, 7 (pen.), Ritsu Doan, 15 – Marko Veşoviç, 39
Baş hakim: Erik Lambrexts (Belçika)
“Frayburq”: 26. Mark Flekken, 3. Filip Linhardt, 28. Mattias Ginter, 30. Kristian Günter (k), 8. Maksimilian Eggeştayn, 42. Ritsu Doan, 27. Nikolas Höfler, 29. Çon U Yon, 32. Vinçenso Qrifo, 18. Nils Petersen, 25. Kilian Sildilya
Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 2. Uqo Sike, 7. Conatan Şmid, 17. Lukas Kübler, 31. Keven Şlotterbek, 14. Yannik Kaytel, 34. Merlin Röl, 11. Daniel-Kofi Köreh, 38. Mixael Qreqoriç, 21. Noa Atubolu, 23. Robert Vaqner, 33. Noa Veyshaupt
Baş məşqçi: Kristian Ştrayx
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 19. Filip Ozobiç, 6. Julio Romao, 7. Riçard Almeyda
Baş məşqçi: Qurban Qurbanov
Frayburq. “Volfsvinkel” stadionu

Əvvəlki məqalə

Ərdoğan Kraliça II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib

Sonrakı məqalə

Türkiyədə İŞİD-in yüksək səviyyəli başçısı ələ keçirilib –