“Qarabağ” klubu yeni formasını təqdim edib

Ağdamın “Qarabağ” klubu 2023-2024-cü il mövsümündən “Adidas” şirkətinin forma və geyim dəstlərindən istifadə edəcək.

Bu barədə klubun yaydığı məlumatda bildirilir.

Klub rəsmi sosial şəbəkələri vasitəsi ilə yeni formalarını ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Ağdam təmsilçisi 2022-2023-cü il mövsümünə qədər də “Adidas”la əməkdaşlıq edib.

“Qarabağ” 2022/2023 mövsümündə yerli brend olan “IL’Azero”nun istehsal etdiyi formaları geyinib.

Əvvəlki məqalə

Türkiyə Prezidenti mərasimə qatılan Azərbaycan Prezidentinə təşəkkür edib

Sonrakı məqalə

Prokurorluq Ucarda kişinin arvadını qətlə yetirməsi faktı ilə bağlı məlumat yayıb