“Qarabağ” klubundan azarkeşlərə- MÜRACİƏT

Ağdamın “Qarabağ” klubu “Frayburq”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin birinci tur matçı üçün Almaniyadakı azarkeşlərə müraciət edib.

“Europa Park” stadionunda görüşü izləmək istəyən azarkeşlər N-16 və N-17 sektorlarının giriş qapısından bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur.

Qeyd edək ki, sentyabrın 8-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Əvvəlki məqalə

Dövlət Komitəsi Laçın şəhəri, Zabux və Sus kənd sakinlərinə müraciət edib

Sonrakı məqalə

Ərdoğan Britaniyanın Baş naziri ilə telefonla danışıb