“Qarabağ” – “Nant” matçını albaniyalı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin ikinci turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

Sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Enea Jorgji olacaq. Ona Denis Rexha və Ridiger Çokaj kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Juxhin Xhaja yerinə yetirəcək.

“Qarabağ” – “Nant” matçı saat 20:45-də başlayacaq.

Əvvəlki məqalə

“Mövqelərimizin atəşə tutulmasında məqsəd sülh sazişinin imzalanmasının yubadılmasıdır”

Sonrakı məqalə

Ceyhun Bayramov və Çavuşoğlu Ermənistanın təxribatını müzakirə edib