“Qarabağ probleminin həlli üçün bu il daha çox səy göstərəcəyik”- Türkiyə XİN başçısı

“Azərbaycanın işğal edilmiş torpaqlarının BMT Təhlüksizlik Şurasının uyğun qətnamələri çərçivəsində diplomatik yolla həllinin tərəfdarıyıq”.

“Report” “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən VI Vasitəçilik konfransında çıxışı zamanı bildirib.

M.Çavuşoğlu azərbaycanlı jurnalistin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualını cavablandırarkən deyib: “Dağlıq Qarabağ problemini və Azərbaycanın işğal edilmiş torpaqlarının BMT Təhlüksizlik Şurasının və Avropa Şurasının uyğun qətnamələri çərçivəsində diplomatik yolla həllinin tərəfdarıyıq. Bunun həlli üçün bu il daha çox səy göstərəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Yol Polisindən uzaq məsafəyə gedən sürücülərə

Sonrakı məqalə

Birləşmiş Ştatların sutkalıq neft istehsalı rekord səviyyədədir