“Qarabağ”-“Rakuv” oyunu almaniyalı hakimlər briqadasına həvalə olunub

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” (Polşa) oyununu idarə edəcək hakimlər bəlli olub.

Avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək cavab matçı almaniyalı hakimlər briqadasına həvalə olunub.

Matçın baş hakimi Sven Yablonski olacaq. Ona Lasse Koslovski və Eduard Beytinger köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Tobias Reyxel yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 26-da Polşada keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.