“Qarabağ” və “Frayburq” komandalarının start heyətləri açıqlanıb

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Frayburq” komandalarının start heyətləri açıqlanıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges, Marko Veşoviç, Elvin Cəfərquliyev, Ramil Şeydayev və Kevin Medina yer alıblar.

“Frayburq”un heyətində meydana Noah Atubolu, Uqo Sike, Lukas Höler, Yannik Kaytel, Nils Petersen, Kevin Şade, Robert Vaqner, Kiliann Sildillia, Kristian Günter, Keven Şlotterbek və Noah Veybhaupt çıxacaqlar.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Əvvəlki məqalə

Bakıda “Rusiya-Azərbaycan Tarla Günü 2022” sərgisi açılıb

Sonrakı məqalə

“Sərhədlərin delimitasiyasının müzakirəsi gözəl xəbərdir” –