“Qarabağda atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir” –Ərdoğan Putinlə danışdı

Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzi fəaliyyətini uğurla davam etdirir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, atəşkəsin qorunması üçün birgə səylər göstərilməlidir.

Ərdoğan Dağlıq Qarabağda nəqliyyat və kommunikasiya xətlərinin bərpası məsələsində türkiyəli və rusiyalı mütəxəssislərin azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq edə biləcəyini də vurğulayıb.

Türkiyə və Rusiya prezidentləri Suriya və Liviya münaqişələrini də müzakirə ediblər.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib

Sonrakı məqalə

Gürcüstanın müdafiə naziri Baş nazir postuna namizəd oldu