Ötən həftə Qarabağda atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Bu barədə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Vladislav Dyomkin məlumat verib. “Ötən dövrdə atəşkəsin pozulması halı, rusiyalı hərbçilərə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb”, – deyə o, bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, iyunun 11-dən 12-si Laçın dəhlizi ilə şimal və cənub istiqamətlərində, 4-ü isə Şuşa-Qırmızı Bazar-Qacar marşrutu və əks istiqamətdə keçməklə Azərbaycan Silahlı Qüvvələrinin 16 avtomobil karvanının təhlükəsiz hərəkəti təmin edilib.
Bundan əlavə, iyunun 11-də və 16-da 2 tikinti texnikası kolonunun Suqovuşan-Kəlbəcər marşrutu üzrə, 1 kolonun isə əks istiqamətdə müşayiəti həyata keçirilib.