Qarabağdakı təbii yataqların istismarı ilə bağlı araşdırmalara beynəlxalq ekspertlər cəlb olunub

Qarabağdakı təbii yataqların istismarı ilə bağlı araşdırma işlərinə azərbaycanlı mütəxəssislərlə bərabər, beynəlxalq ekspertlər də cəlb olunub. Hazırda orada hesablamalar aparılır.

Bu barədə dekabrın 27-də xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Bu istiqamətdə işlərin aparıldığını söyləyən nazir bildirib ki, bütün faktlar Azərbaycanın Ermənistana qarşı qaldırdığı dövlətlərarası iddiasının tərkib hissəsidir.

Əvvəlki məqalə

“Delimitasiya prosesində 8 kənd Azərbaycana qaytarılmalıdır”

Sonrakı məqalə

Bakı Ağ Şəhər Qarabağ Atları Kompleksinin təməli qoyulub