“Qarabağı Azərbaycan tərkibində siz tanımısınız”-Paşinyanla müxalifət dalaşdı, Baş nazir "hara qaçırısız?" qışqırdı

Ermənistan parlamentində Baş nazir Paşinyanla müxalifətçi deputat fraksiyası arasında mübahisə düşüb. 
Azpost.info bildirir ki, hökumət saatı çərçivəsində Parlamentə gələn Baş nazirə müxalifətçi deputat Armen Rustamyanın verdiyi sual aranı qatıb. Rustamyan hökümətin istefasını tələb edən müxlaifətin müraciətini oxuyub.
Deputat hakimiyyəti Qarabağ danışıqlarını iflasa sürüklməkdə ittiham edib.
Baş nazir Paşinyan cavabında deyib ki, danışıqlar prosesini Serj Sərkisyan iflasa uğradıb. Sərksiyan 2018-ci ildə aprelində tribunada deyib ki, Qarabağ məsələsinin dinc yolla həllinə ümid etməyə dəyməz.  Paşinyana ünvalanan “Müharibəni dayandıra bilərdin” ittihamına baş nazir deyib ki, hərbi əməliyyatlar başlanan gün-27 sentyabr 2020-ci ildə o, müharibənin saxlanması şərtini açıqlayıb. Bu Dağlıq Qarabağın Azərbaycan tərkibində olmasıdır: “”Planka”dan danışırsız. Ermənistan danışıqları Madrid prinsipləri üzrə keçirilməsinə razılıq verəndə “Daşnaksyutun” iqtidarla koalisiyada idi. Məhz bu vaxt siz Dağlıq Qarabağın Azərbaycan tərkibinə daxil olmasını tanımısınız”-deyə Paşinyan müxalifətə müraciətində deyib.

Bundan sonra müxalifətçi deputatlarla Baş nazir arasında mübahisə düşüb. Paşinyanı məsuliyyəti keçmiş hakimiyyətin üzərinə qoymqda ittiham ediblər. Paşinyan cavab vermək istəyəndə hay-küy düşüb. Hakimiyyətyönlü deputatlar Paşinyanı alqışlamağa başlayıblar. Müxalifət fraskiyası zalı tərk edib.

Paşinyan onların arxasınca “Aha, qaçırsınız! Həmişə olduğu kimi! Yaşasın erməni demokratiyası” deyə qışqırıb.

Hazırda parlamentin binası ətrafında müxalifət tərəfdarları toplaşıb. Onlar hökumətin istefasını tələb edirlər.
Əvvəlki məqalə

Ermənistanda etirazçılar magistral yolları bağlayıblar –

Sonrakı məqalə

Rusiya Yaponiyanın Baş nazirinə və hökumət rəsmilərinə sanksiya tətbiq etdi –