UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunda keçiriləcək “Qarabağ” – “Sevilya” oyununa bilet satışı davam edir.
Qaynarinfo “Qarabağ” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq 28 min bilet satılıb. Yerdə qalan 2 min biletin oyun gününə kimi satılacağı gözlənilir. Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.
Biletlərin satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Gənclik və 28 Mall (iticket satış məntəqəsi)
Park Bulvar AVM (iticket satış məntəqəsi)
ASAN 2, 3 (Yasamal, Amay t/m)
İticket.az (onlayn)
Qeyd edək ki, “Qarabağ” – “Sevilya” görüşü sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.