Qaradağ və Füzuliyə prokurorlar təyin olunub

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Fərid Nağıyev Qaradağ rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilir ki, Fərid Nağıyev bu təyinata qədər Bakı şəhər prokurorunun müavini vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Toğrul Muxtarov Bakı şəhər prokurorunun müavini vəzifəsinə təyin olunub.

Toğrul Muxtarov bu təyinata qədər Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsində işləyib.

Bundan başqa Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Füzuli hərbi prokuroru vəzifəsini icra edən Elçin Hacıyev ikinci səlahiyyət müddətinə həmin vəzifəyə təyin edilib.

Əvvəlki məqalə

İsrail və HƏMAS Qəzzada sülhün əsas şərtləri barədə razılığa gəlib

Sonrakı məqalə

“Fikir ayrılığı halında belə, Putinlə danışıq aparmaq mümkündür”