Qarayaraya yoluxan xəstələr sabah evə buraxılacaqlar –Nazirlik  

Səhiyyə Nazirliyi bir müddət əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasına qarayara diaqnozu ilə daxil olan xəstələrin durumunu açıqlayıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qarayaraya yoluxan hər iki xəstənin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Onlar sentyabrın 20-də evə buraxılacaqlar.

Qeyd edək ki, sentyabrın 9-da Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlu Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlər onlara qarayara diaqnozu qoyublar.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşdırmalara başlanılıb.

Qeyd edək ki, bu il iyul ayının 25-də Sabirabadda iki nəfər qarayaraya yoluxub. Onlardan biri iyulun 29-da dünyasını dəyişib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağ qazisi nazirliyin verdiyi maşından imtina edib –

Sonrakı məqalə

MTRŞ Aparat rəhbəri vəzifəsinin tutulması üçün müsahibə elan edib