Qarışıq döyüş növləri üzrə idmançı Maqomedrəsul Mutayev öldürülüb-FOTO

Qarışıq döyüş növləri üzrə döyüşçü Maqomedrəsul Mutayev Mahaçqalada öldürülüb.

Azpost.info bildirir ki, bu barədə TASS-a Dağıstan Respublikasının Bədən Tərbiyəsi və İdman Nazirliyi məlumat verib.
“Mahaçqalada evin girişinin yaxınlığında idmançı, qarışıq döyüş sənəti üzrə döyüşçü Maqomedrəsul Mutayev öldürülüb”, – agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, hadisə yerində istintaq qrupu işləyir.

Qətl barədə məlumatı TASS-a  döyüşçünün yaxın dostu təsdiqləyib. “Bəli, Məhəmmədrəsul öldürülüb”-deyə komanda yoldaşı bildirib.

Şəbəkələr bildirir ki, öldürülən şəxs Həbib Nurməhəmmədovun atası, mərhum Abdulmanap Nurməhəmmədovun yetişdirməsi olduğunu yazır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.