Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev qazax neftinin ixrac marşrutlarının inkişafı perspektivlərini təqdim edib.
Qazaxıstan Energetika Nazirliyinə istinadla xəbər verir ki, bazar ertəsi parlamentdə keçirilən hökumət saatında çıxış edən nazir Bakı-Supsa neft kəmərindən istifadənin mümkünlüyü barədə danışıb.
A.Satkaliyev qeyd edib: “Bakı-Supsa neft kəmərinin imkanları nəzərdən keçirilir. Onun ötürmə qabiliyyəti ildə 5 milyon ton, mümkün tədarük həcmi isə ildə 3 milyon tona qədərdir”.
Qazaxıstanın energetika nazirinin sözlərinə görə, hazırda bu marşrutdan istifadə qiymətləndirmə və müzakirə mərhələsindədir(azərtac).