“Qazprom” Türkiyənin “Beşiktaş” klubunun yeni sponsoru olacaq.
Azpost.info bildirir ki, bu barədə “Taktik Mania” nəşri məlumat yayıb.
Rusiyanın enerji şirkəti qarşıdakı 3 il ərzində “Beşiktaş”a 78 milyon avro ödəyəcək. Razılaşmaya İstanbul klubunun köynəklərində “Qazprom” loqosunun yerləşdirilməsi, eləcə də onların doğma stadionunun adının dəyişdirilməsi daxildir.
Müqavilənin daha iki il müddətinə mümkün uzadılmasını nəzərdə tutur.
Bu mövsüm “Beşiktaş”ın 2014-cü ildən klubun titul sponsoru olan Britaniya telekommunikasiya operatoru “Vodafone” ilə müqavilə müddəti başa çatır.
“Qazprom” Sankt-Peterburqun “Zenit” və Serbiyanın “Srvena Zvezda” klublarının titul sponsorudur. Əvvəllər Rusiya şirkəti Almaniyanın “Şalke-04” klubunun titul sponsoru kimi də çıxış edib.
Beşiktaş Türkiyənin ən məşhur klublarından biridir. O, 16 dəfə Türkiyə çempionu olub, 9 dəfə ölkə kubokunun qalibi olub. Bu mövsüm İstanbul klubu Türkiyə Superliqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Azpost.info