“Qış parkı”nın yaxınlığında yanğın olub –

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, yanğından əvvəl partlayış səsləri eşidilib. Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

FHN baş vermiş yanğınla əlaqədar məlumat yayıb. Məlumatda deyilir:

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Qış parkı”nın yaxınlığında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının tikinti aparılan ərazidə baş verdiyi müəyyən olunub. İlkin məlumata əsasən, təqribən 100 m² sahədə tikinti materialları yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.