Qısa müddət ərzində Azərbaycan futbolunda strategiya müəyyənləşdirməliyik- Rövşən Nəcəf

“Qısa müddət ərzində yeni strategiya müəyyənləşdirməliyik. Ancaq bunu tətbiq etmək üçün vaxta ehtiyac olacaq”.

Bu sözləri AFFA-nın yeni prezidenti Rövşən Nəcəf deyib.

O, uşaq futbolunun inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: “Bölgələrdən yeni istedadlı uşaqların üzə çıxarılması üçün çalışacağıq. Çünki aşağı yaş qruplarına diqqət ayırsaq, ölkə futbolu daim yüksək yerlərdə olacaq”.

Qurum rəhbəri qadın futbolunun inkişafı üçün də işlər görəcəklərini söyləyib: “Qadın futbolumuz tarixi uğur qazandı. İndi bunu daha da inkişaf etdirməliyik”.

R.Nəcəf azarkeşlərin stadionlara cəlb olunması üçün də addımlar atılacağını vurğulayıb(azərtac).

Əvvəlki məqalə

Minimum əməkhaqqı, pensiyanın artırılması işlərimizi davam etdirəcəyik

Sonrakı məqalə

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının Baş katibini qəbul edib