“Qızıl top” mükafatının təqdimetmə mərasiminin vaxtı açıqlanıb.
Fransanın “France Football” jurnalı 2022/23 mövsümünün sonunda dünyanın ən yaxşı futbolçusunun adını oktyabrın 30-da Parisin Chatelet Teatrında xüsusi mərasim zamanı açıqlayacaq.
Namizədlərin adları sentyabrın 6-da açıqlanacaq.
2022-ci ildə “Qızıl top”u “Real Madrid”də çıxış edən hücumçu Kərim Benzema alıb. 2022-ci ildən etibarən mükafat təqvim ilinə deyil, mövsümün nəticələrinə əsasən verilir.
Azpost.info