“Quran” və “Əhdi-Ətiq” bizə nüvə müharibəsinə başlamağa imkan verir”- MEDVEDEV

Qədim Babil və Hindistan qanunları, həmçinin Əhdi-Ətiq və “Quran” Rusiyaya Qərbdəki rəqiblərinə qarşı nüvə silahından istifadə etmək hüququ verir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

“Gözə göz, dişə diş” prinsipi tarixi xarakter daşıyır. Bu, Hammurapi qanunlarında, Manu qanunlarında və əlbəttə ki, Əhdi-Ətiqdə və Quranda təyin edilib. Deməli, pisliyin əvəzini şərlə almaq olar və bəzən də lazımdır”, – Medvedev bildirib.

Onun sözlərinə görə, Rusiya milyonlarla insanın taleyini düşünür və bəşəriyyət qarşısında tarixi məsuliyyətini dərk edir.

“İndiyə qədər biz, hadisələrin ən pis nəticəsinin qarşısını almağa müvəffəq olmuşuq. Eyni zamanda, bizim təhlükəsizliyimizə və suverenliyimizə birbaşa zərər vurulmasına adekvat cavab vermək üçün mənəvi və hüquqi hüququmuz var. Bu, digər məsələlərlə yanaşı, bizim Nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarında da təsbit olunub. Əgər Rusiya nüvə silahından imtina edərsə, o, parçalanma və tamamilə dağılma ilə üzləşə bilər ki, bu da anqlo-sakson elitasının arzusudur”, – Medvedev qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.