Qusarda istirahət mərkəzində yanğında ölənlərin adları məlum oldu

Qusarda istirahət mərkəzində yanğın nəticəsində ölənlərin şəxsiyyəti müəyyənləşib.

Yanğın nəticəsində Zülfiyyə Babayevə, Emin Babayev, Rauf Babayev və Dadaşov Rüstəm Ənvər oğlu dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Qeyd edək ki, Qusar rayonunun Caqar kəndində “Park Qusar” istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verib.

Yanğın nəticəsində “Park Qusar” istirahət mərkəzinin ərazisində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət kotec yanıb.

Yanğın nəticəsində altı nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı dörd nəfərin meyiti aşkar olunub.

Əvvəlki məqalə

Tofiq Yaqublu azadlığa buraxıldı

Sonrakı məqalə

Stalini dəfn edən KQB polkovniki sirləri açdı-