Qusarda nənə və nəvənin öldüyü yanğın nə üçün baş verib? –İlkin səbəb açıqlandı

Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Bu barədə  FHN-dən bildirilib.

Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 280m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.

Qeyd edək ki, Qusarda kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

Əvvəlki məqalə

SSRİ xalq artisti İnna Çurikova vəfat edib

Sonrakı məqalə

“Dnepr şəhərinə hücumda iştirak edən hər kəs cavab verəcək” –