Qusarda yanğında nənə və 7 yaşlı nəvəsi yanaraq öldü

Qusar rayonunda Qələcuq kəndində yanğın baş verib.

Kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

**

Qusar rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin saytı  xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əvvəlki məqalə

2023-cü ildə ciddi ərzaq qıtlığı gözlənilir –

Sonrakı məqalə

Dünya birjalarında neft qiymətləri: