“Qərb Ermənistanla sülh sazişini niyə belə tələsdirir? Nə gözlənilir?” –İlqar Məmmədov

“Qərb Ermənistan-Azərbaycan sülh müqaviləsini tələsdirir. Sülhə çatmaq üçün bu, xalqlarımıza yaxşı tarixi fürsət açır. Amma onu maksimum səmərə ilə istifadə etməkdən ötrü bu tələsikliyin hardan qaynaqlandığı haqda yaxşı düşünməliyik”.
Azpost.info bildirir ki, bu barədə REAL partiyasının sədri İlqar Məmmədov gözlənilən sülh sazişi barədə bildirərkən deyib.
İ.Məmmədovun fikrincə, sülh sazişinin belə tələsdirilməsinin səbəbləri sual yaradır.
REAL sədrinin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başlanacağını bilən ABŞ Talibanla tezbazar müzakirə aparıb, qopara biləcəyi öhdəlikləri ondan qoparıb, qopara bilmədiklərini isə boş verib müharibəyə 1-2 ay qalmış Əfqanıstanı təcili tərk etdi. Tərk etməsə idi, indi Amerika ordusu Rusiyadan keçən və ya Rusiya nəzarətindəki yollardan çox asılı duruma düşəcəkdi.
“Elə isə düşünüləsi sual budur: 2023`cü ildə geosiyasi sahədə nələrin baş verəcəyinə Qərbdə əmindirlər ki, Ermənistan-Azərbaycan sülh anlaşmasının təcili, yanvara qədər imzalanması üçün bu qədər səy göstərilir? Sülhü hamımız istəyirik. Sadəcə, bunun səbəbi maraqlıdır. Bəzi ehtimallarım var, amma hələ deməyim. Azərbaycan hökumətinə tövsiyəm odur ki, sülh müqaviləsi həqiqi sülh müqaviləsi olmalıdır. Yəni qlobal siyasətin Ermənistan-Azərbaycan cinahında lazımi müddət üçün sakitlik təmin edən müvəqqəti, sonradan məzmunu mübahisələndiriləcək daha bir sənəd olmamalıdır. İrəvan məhz buna çalışır”-deyə İ.Məmmədov vurğulayıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.