Rusiya müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı müstəqil beynəlxalq araşdırma aparmaq fikrində deyil.
Azpost.info xəbər verir ki, bu barədə kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Biz bu cür tələbləri, xüsusən də cənab Borreldən qətiyyən qəbul etmirik”, – Peskov deyib.
Avropa İttifaqının xarici siyasətvə təhlükəsizlik üzrə Ali nümayəndəsu Jozep Borrel bəyan edib ki, Moskva Navalnının qəfil ölümünün səbəbləri ilə bağlı müstəqil və şəffaf beynəlxalq araşdırmaya icazə verməlidir. Borrell Aİ ölkələrinin Navalnının ölümündə məsuliyyət daşıyanlara sanksiya tətbiqini təklif edəcəklərini də deyib.
Onun sözlərinə görə, Navalnının ölümünün məsuliyyəti Rusiya prezidenti Vladimir Putin və Rusiya hakimiyyətinin üzərinə düşür.
“Aİ Rusiyanın siyasi rəhbərliyini və hakimiyyətini məsuliyyətə cəlb etmək və onların öz hərəkətlərinin nəticələrini, o cümlədən sanksiyaları hiss etdirmələri üçün hər cür səy göstərəcək”, – Borrel qeyd edib.
Azpost.info