İsrail HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı girovların azad edilməsi və Qəzzada atəşkəslə bağlı razılığın əldə olunmasına yeganə maneə hesab edir.
Azpost.info xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən bildiriblər.
“Sinvar girovların azad edilməsinə dair razılaşmanın qarşısında yeganə maneə idi və meneə olaraq qalır. İsrailin yalnız bir seçimi var – tam qələbəyə nail olmaq. Bu, HƏMAS-ın hərbi və inzibati potensialının aradan qaldırılması, eləcə də girovların azad edilməsi deməkdir və bu qələbə əldə olunacaq”, – ofisdən bildirilib.
O da qeyd olunub ki, HƏMAS Siyasi Bürosunun yeni rəhbəri avqustun 15-nə planlaşdırılan Qəzza sövdələşməsinə dair danışıqlara nümayəndə heyəti göndərməkdən imtina edir.
Azpost.info