Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən Xalq artisti Rəfael Dadaşovun vəziyyəti normallaşıb. Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, Xalq artistinin vəziyyəti normaldır və palata şəraitində müalicəsini davam etdirir: "Özünü yaxşı hiss edir. Müalicəsi davam etdirilir. Şənbə günü evə buraxılacaq".