Rəşad İsmayılov Naxçıvanın daxili işlər naziri vəzifəsindən azad edildi –SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov dekabrın 28-də Rəşad İsmayılovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Rafiq oğlu İsmayılov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin”.

Əvvəlki məqalə

Laçın yolundakı aksiya bir hədəfinə çatdı –

Sonrakı məqalə

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvan sakinləri ilə görüşdü –