Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verildi –MSK qərarını açıqladı

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK sədri Məzahir  Pənahovun sədrliyi ilə keçirilən  iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsveçrə Azərbaycan vətəndaşlarının bank hesablarını açıqlayacaq –

Sonrakı məqalə

Yeltsinin Bakıya və Xankəndinə gözlənilməz səfəri –