Rauf Arifoğlu deputatlığa namizədliyini irəli sürdü

22 Dekabr 2019 - 21:42
Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Məclisə seçkilərdə iştirak edəcək. 

Azpost.info bildirir ki, bu barədə Rauf Arifoğlu özünün Facebook profilində xüsusi açıqlama ilə çıxış edib.

R.Arifoğlu 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.  O, lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim edib.