Rayonlara güclü yağış yağıb, dolu düşüb –VİDEO

Mayın 5-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometerologiya xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Qəbələ, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Şəki, Zaqatala, Altıağac, Xınalıq, Ağdam, Tərtər, Mingəçevir, Göyçay, Kürdəmir, Lənkəran, Goranboy, Naftalan, Daşkəsən, Ağcabədi, İsmayıllı, Şamaxı, Ağsu, Sabirabad, Cəfərxan, Yevlaxda arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağıb.

Zərdab rayonunun Allahqulubağı və Əliyarlı kəndinə saat 19:30-19:37 radələrində diametri 0.8-1.0 mm olan dolu düşüb.

Gədəbəy, Şınıx, Fərzalı kəndi. Güclü doludan sonra sel həyətlərə dolub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.