“REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək” –İlqar Məmmədovdan AÇIQLAMA

“Yaxın aylarda REAL 5 min üzvdən ibarət siyahını yeni qanun tələb etdiyi kimi hökumətə təqdim etməsə, bu ilin ikinci yarısında REAL partiyasının dövlət qeydiyyatı ləğv ediləcək”.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri İlqar Məmmədov bəyan edib.
“Əlbəttə ictimai həyatdan gedəsi deyilik. Sadəcə, daha bizə səs verə bilməyəcəksiniz. Ölkə çox önəmli perspektivləri ilə vidalaşacaq”-deyə İ.Məmmədov bildirib.
REAL sədri partiyaya rəğbəti olanlara müraciət edərək partiyaya üzv yazılmağa çağırıb.
 REAL sədrinin bəyanatından belə məlum olur ki, partiya qanunun tələb etdiyi 5 min üzv məsələsində çətinliklə üzləşib.
Azpost.info
Əvvəlki məqalə

Teleaparıcı Kamran Həsənli siyasi partiyada sədr müavini oldu –

Sonrakı məqalə

“Sülhməramlılar yaralanan hərbçilərimizə yardım göstərməyib” –