Dünən, noyabr ayının 5-də Respublikaçı Alternativ Partiyasının Qurultayı keçirilib.
Bu barədə Azpost.info-ya partiyadan məlumat verilib.
Qurultayda partiyanın Nizamnamə və Proqramı Siyasi Partiyalar Haqqında yeni qanunun tələblərinə uyğunlaşdırılaraq səsverməyə çıxarılıb və qəbul edilib.
Qurultayda partiyanın rəhbər orqanı olan Siyasi Komitəyə 8 üzv, Siyasət Təşəbbüsləri Komissiyasına 6 üzv, Nəzarət Təftiş Komissiyasına isə 3 üzv seçilib.
REAL Partiyası Siyasi Komitəsinin qurultayda seçilən yeni tərkibi belədir:
Natiq Cəfərli
Rəsul Cəfərov
Elçin Əliyev
Zöhrab Əliyev
Toğrul İsgəndərli
Erkin Qədirli
Mahmud Mahmudov
İlqar Məmmədov